AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan energetikasının inkişafının yeni mərhələsi

Azərbaycan energetikasının inkişafının yeni mərhələsi

Təfsilat
07 Avqust 2020, 13:15 356
Bərpa olunan enerji mənbələri bazasında müasir tələblərə cavab verən elektrik stansiyalarının istismara verilməsi enerji sektorunun inkişafının yeni mərhələsinin başlanğıcını ifadə edir.
Bunu Trend-ə Energetika Nazirliyinin Enerji səmərəliliyi və ekologiya departamentinin direktoru Ələsgər Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının və əhalisinin uzun müddət ərzində elektrik enerjisi ilə təchizatında vacib yeri bərpa olunan enerji mənbələri tutur.
Ə.Həsənov bildirib ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsində reallaşdırılan enerji layihələri ölkənin bərpa olunan enerji potensialından səmərəli istifadə etməyə və enerji istehsalı həcmini artırmağa imkan verir:
"Bu stansiyalar, o cümlədən 2012-ci ilin dekabrında fəaliyyət göstərən 37 meqavatt istehsal gücü ilə Bakı sərt məişət tullantılarının yandırılması zavodu, 2015-ci ilin dekabrından fəaliyyət göstərən 20 meqavatt istehsal gücü ilə Naxçıvan günəş elektrik stansiyası, 2018-ci ildə istifadəyə verilmiş 50 meqavatt istehsal gücü ilə külək elektrik stansiyası ölkənin enerji təhlükəsizliyinin və əhalinin elektrik enerjisi ilə tam təmin olunması üçün nəzərdə tutulub”.