AZE | RUS | ENG |


Azərbaycan elektrik enerjisinin ixracından gəlirlərini 4 dəfədən çox artırıb

Azərbaycan elektrik enerjisinin ixracından gəlirlərini 4 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 36 mln. 232,16 min ABŞ dolları dəyərində 812 min 338,69 kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə "APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 
Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 620 min 020,21 kVt/saat və ya 4,22 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 27 mln. 349,71 min dollar və ya 4,08 dəfə çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 8 mln. 882,45 dollar dəyərində 192 min 318,48 kVt/saat enerji ixrac edilib.
 
Qeyd edək ki, elektrik enerjisinin ixracı Azərbaycanın bu ilin səkkiz ayında ümumi ixracının 0,5%-ni təşkil edib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002