• cümə, 26 Aprel, 20:23
  • Baku Bakı 22°C

Azərbaycan əhalisinin sayı 9,5 milyon nəfəri keçib

21.01.15 09:44 848
Azərbaycan əhalisinin sayı 9,5 milyon nəfəri keçib
Ötən il dekabr ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 583,2 min nəfərə çataraq, ilin əvvəlindən 106,1 min nəfər və ya 1,1% artıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2%-ni şəhər, 46,8%-ni kənd sakinləri təşkil edir.
Son illər doğum səviyyəsi yüksək olaraq qalmaqdadır. Belə ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkədə 156,2 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,0 təşkil edib. Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub.
İlin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.
banner

Oxşar Xəbərlər