• çərşənbə axşamı, 16 aprel, 19:39
  • Baku Bakı 18°C

Azərbaycan əhalisi ölkə prezidentinə etibar edir

22.06.15 17:07 1112
Azərbaycan əhalisi ölkə prezidentinə etibar edir
Azərbaycan əhalisinin əksəriyyəti ölkə prezidenti İlham Əliyevə etibar edir. Bunu «Rəy» Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir. Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi. «İ. Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?» sualına respondentlərin 83%-ə yaxını «bəli, cavab verir» (tam və ya qismən), 5%-i «xeyr, cavab vermir», 4%-i isə «əsasən cavab vermir» deyə bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. Sorğu həmçinin göstərib ki, “prezident seçkiləri qarşıdan gələn bazar günü” keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21% «yəqin ki, iştirak edərdim» cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12% təşkil edib. Qalan 7% cavab verməkdə çətinlik çəkib.
banner

Oxşar Xəbərlər