• cümə, 29 Mart, 19:06
  • Baku Bakı 14°C

“Azərbaycan dövləti həmişə gənclərə arxadır”

25.07.13 11:38 1643
“Azərbaycan dövləti həmişə gənclərə arxadır”
"Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın necə sürətlə inkişaf etdiyini, böyük bir inkişaf mərhələsini artıq geridə qoyduğunu bilirsiniz.
Bu siyasət nəticəsində Azərbaycan bu gün kosmik ailənin üzvüdür. Bölgədə kosmik ailənin üzvü olan neçə dövlət var? Postsovet məkanında bunlar yalnız Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycandır. Dünyada cəmi 55-60 dövlət kosmik ailənin üzvüdür və çox qürurverici haldır ki, bu 55-60 dövlətin sırasında biz də varıq".
APA-nın məlumatına görə, bu fikirləri "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsini xatırladaraq, bu hadisənin tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Keçmiş SSRİ respublikalarından yalnız Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan bu hüququ qazanıb. Bu anlamda Azərbaycan bu gün bölgənin Türkiyə, Rusiya, Ukrayna, İran kimi dövlətləri ilə bir sırada dayanan bir dövlətdir. İqtisadi qüdrəti, adambaşına düşən ümumi daxili məhsulun həcmi, sənaye potensialına görə Azərbaycan həmin dövlətlərin bəzilərindən yüksəkdə durur".
PA rəsmisi qeyd edib ki, bu inkişaf yolunda gənclərin üzərinə daha çox məsuliyyət düşür: "Gənclər öz əməli fəaliyyətləri ilə bu inkişafa töhfə verməklə yanaşı, həm də Azərbaycanın fəal təbliğatçıları olmalıdırlar. Xarici aləmdə, xüsusən də sosial şəbəkələrdə daha fəal olmalı, öz sözlərini deməlidirlər. O xalqın mədəniyyəti, adət-ənənələri yaşayır ki, o, güclüdür, ona sahib çıxan gəncliyi var. Siz dünyada azərbaycançılığın ən yaxşı nümunəsi ola bilərsiniz. Azərbaycan dövləti həmişə sizinlədir, sizin arxanızdadır".
banner

Oxşar Xəbərlər