• cümə, 19 Aprel, 23:04
  • Baku Bakı 24°C

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları Masallıda “Vəsiyyət” tamaşası ilə çıxış ediblər

19.02.17 11:47 1348
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları Masallıda “Vəsiyyət” tamaşası ilə çıxış ediblər
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları cənub bölgəsinə qastrol səfəri çərçivəsində Masallı Rayon Mədəniyyət Mərkəzində yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilmiş "Vəsiyyət” tamaşası ilə çıxış ediblər.
AZƏRTACxəbər verir ki, ikihissəli səhnə əsərinin quruluşçu- rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu-rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulan dram əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid etməklə, tamaşaçını mənəvi kamilliyə səsləyir.
Dilbər İsmayılova və Vüqar Məmmədovun idarə etdiyi tamaşada rolları Əməkdar artistlər Abbas Qəhrəmanov, Münəvvər Əliyeva, Almaz Amanova, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, aktyorlardan Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, Ləman İmanova, Sevinc Əliyeva, Elçin Əfəndi və başqaları canlandırıblar.
Səhnə əsəri Masallı tamaşaçıları tərəfindən maraqla qarşılanıb.
banner

Oxşar Xəbərlər