AZE | RUS | ENG |

Azərbaycan dünya çempionatında on taekvondoçu ilə təmsil olunacaq

Azərbaycan dünya çempionatında on taekvondoçu ilə təmsil olunacaq
Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün mayın 11-də Böyük Britaniyanın Mançester şəhərinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, millimiz mayın 15-də start götürəcək mundiala on taekvondoçu ilə qatılacaq. Komandamız dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarında iştirak edib.
Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanov millinin heyətində Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans veriblər.
Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edirlər.
Dünya çempionatına mayın 19-da yekun vurulacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976