• cümə, 29 Mart, 18:07
  • Baku Bakı 14°C

Azərbaycan DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edilib

01.02.17 13:30 1486
Azərbaycan DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində 4 terrorçu məhv edilib
Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etmişdir.
APA-nın xəbərinə görə, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilmiş, F.Sadıqov isə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər