• şənbə, 20 Aprel, 17:59
  • Baku Bakı 23°C

"Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib

18.11.19 14:45 916
"Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib
Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə göndərilib.
Bu barədə "Report"a açıqlamasındaAMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademikİsa Həbibbəylideyib.
O bildirib ki, lüğət çap olunması üçün nəşriyyata təqdim edilib: "Bütün sözlər hərfbəhərf yoxlanılıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub.Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çap olunandan sonra ictimaiyyətə təqdim ediləcək".
Qeyd edək ki,bundan əvvəlki orfoqrafiya lüğətində olmayan, təxminən,4000 yeni sözYeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nədaxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib.
Xatırladaq ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.
banner

Oxşar Xəbərlər