• cümə axşamı, 28 mart, 13:20
  • Baku Bakı 16°C

Azərbaycan dilində danışan və təhlil edən robot hazırlanacaq

12.12.13 10:46 1157
Azərbaycan dilində danışan və təhlil edən robot hazırlanacaq
Proqramın «Qafqaz» Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılıb.
Bu layihəyə əsasən, Azərbaycan dilində tam danışan, başa düşən, analiz edən, mütaliə edən intellektual proqram hazırlanacaq. O, daha sonra robota tətbiq olunacaq. Yenilik haqda «APA-Economics»ə «Qafqaz» Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev danışıb.
Onun sözlərinə görə, bu layihə böyük maliyyə vəsaiti tələb edir: «Biz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başladıq və onların hədəfində də bu cür layihənin olduğu müəyyən oldu. Artıq ilkin razılaşma əldə olunub. Danışıqlarımız davam edir».
banner

Oxşar Xəbərlər