• cümə axşamı, 18 aprel, 06:00
  • Baku Bakı 12°C

Azərbaycan derbisində tilsim qırılacaqmı?

29.01.17 11:30 1174
Azərbaycan derbisində tilsim qırılacaqmı?
Bu gün Azərbaycan Premyer Liqasında XV tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, həftəyə 2 qarşılaşma ilə yekun vurulacaq.
Əvvəlcə meydana "Zirə” və AZAL komandaları çıxacaqlar. Bu görüş Ayxan Abbasovun "Zirə”nin baş məşqçisi kimi ilk rəsmi oyunu olacaq. Gənc çalışdırıcı qələbə ilə debüt etmək niyyətindədir. AZAL-ın isə rahat təslim olmaq fikri yoxdur. "Zirə”dən fərqli, təlim-məşq toplanışını ölkə daxilində keçirən "təyyarəçilər” qış fasiləsi öncəsi "Neftçi” üzərindəki qələbənin ardını gətirmək arzusundadılar.
Tura əzəli rəqiblərin dueli – "Qarabağ” – "Neftçi” matçı ilə yekun vurulacaq. Qış fasiləsinə ilk pillədə yollanan Ağdam klubu cari mövsümdə "ağ-qaralar”la keçirdiyi hər iki görüşdə qələbə qazanıb. Lakin budəfəki oyunda Qurban Qurbanovun yetirmələrinin işinin asan olmayacağı ehtimal edilir. Bu da "Neftçi”nin qış "transfer pəncərəsi”ndəki fəallığı ilə əlaqədardı. Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Ruslan Abışovu heyətinə qatan "Neftçi”, hücumçu problemini də həll etmiş kimi görünür. Fransalı Hüqo Barqasla müqavilə imzalayan "ağ-qaralar” uğursuz çıxışa son qoymaq, "Qarabağ”la oyunlardakı tilsimi qırmaq niyyətindədi.
Azərbaycan Premyer Liqası
III dövrə
XV tur
29 yanvar (bazar)
15:00. "Zirə” – AZAL
İlk 2 dövrədəki oyunlar: 3:1, 1:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
17:30. "Qarabağ” – "Neftçi”
İlk 2 dövrədəki oyunlar: 3:0, 2:0
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
Suraxanı qəsəbə stadionu
banner

Oxşar Xəbərlər