• cümə, 19 Aprel, 18:33
  • Baku Bakı 24°C

Azərbaycan deputatları təcili Moskvaya getməlidirlər - Təklif

17.10.13 10:03 1141
Azərbaycan deputatları təcili Moskvaya getməlidirlər - Təklif
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli sayılan azərbaycanlı Orxan Zeynalov Rusiya milisi tərəfindən saxlanılması, onun təhqir edilərək birbaşa Rusiya daxili işlər nazirinin otağına aparılması Şimal ölkəsində skinhedlərin fəaliyyətə keçməsinə bir növ stimul vermiş oldu.
Bu məişət zəminində baş vermiş olay az qala Rusiya-Azərbaycan münasibətləri müstəvisinə gətirilib.
Modern.az saytı məsələyə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Vahid Əhmədovdan münasibət öyrənib.
Deputat qeyd edib ki, Azərbaycanda prezident seçkiləri ərəfəsi və ondan sonrakı zaman kəsiyində Ruisya-Azərbaycan münasibətlərində kifayət qədər istiləşmə müşahidə olundu: “Təbii ki, Rusiya ilə münasibətlərin normal olması hər bir azırbaycanlının, başlıcası isə Azərbaycan dövlətinin maraqlarına uyğundur.
Təəssüfedici hal odur ki, son günlər Moskvada məişət zəminində baş verən hadisədən iki ölkənin münasibətlərinə zərər vurmaq istəyən qüvvəllər ortaya çıxdı. Moskva dünyanın ən böyük şəhərlərindəndir. Bu meqapolisdə bəlkə də gün ərzində onlarla belə hadisələr olur. Ancaq məsələni bu qədər şişirtmək doğru hal deyil. Elə bu hadisədən sonra Moskvada azərbaycanlı gənc işgəncələrlə qətlə yetirilib. Amma buna Rusiya zərrə qədər də olsun diqqət vermədi. Hesab edirəm ki, məsələnin bu müstəviyə gətirilməsi Rusiyadakı azərbaycanlılar üçün yaxşı bir şey vəd etmir. Odur ki, Rusiyada yaşayan, Rusiyaya işləməyə gedən soydaşlarımız kifayət qədər ayıq olmalıdırlar. Onlar müəyyən müddət ərzində davranışlarından tutmuş bütün hərəkətlərində çox ehtiyatlı olmalıdırlar. Çünki bu məsələni şişirdən qüvvələr özlərini publikaya sırıya biliblər”.
O ki qaldı Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun problemin həlli üçün görə biləcəyi işlərə, deputat qeyd edib ki, bunun üçün hər iki ölkənin parlamentarilərinin təcili olaraq qarşlıqlı səfərlərnin təşkilinə, azərbaycanlı deputatların Rusiya Dumasında, rusiyalı deputatların isə Aəzrbaycan Milli Məclisində çıxış etmələrinə ehtiyac var: “İki ölkə arasındakı münasibətlərdə parlamentlərin rolu böyükdür. Odur ki, bu süni yaradılmış problemin həlli üçün parlamentlərin ciddi fəaliyyətə keçməsini zəruri sayıram”.
banner

Oxşar Xəbərlər