• şənbə, 20 Aprel, 13:06
  • Baku Bakı 23°C

Azərbaycan deputatları AŞPA-nın tədbirində iştirak edəcəklər

10.06.17 12:20 1024
Azərbaycan deputatları AŞPA-nın tədbirində iştirak edəcəklər
Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Parlament layihələrinə dəstək Departamenti iyunun 12-13-də "Avropa İnsan Hüquqları Konvensiyası standartlarının həyata keçirilməsində milli parlamentlərin rolu” mövzusunda regional seminar keçirəcək.
Milli MəclisdənAPA-ya verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək tədbirdə Azərbaycanı Milli Məclisin deputatları Vüsal Hüseynov, Sabir Hacıyev, Kamran Nəbizadə və Ülviyyə Ağayeva təmsil edəcəklər.
Regional seminarda mövzu ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən insan hüquqları ilə bağlı təqdimat edilməsi nəzərdə tutulur.
Səfər iyunun 14-də başa çatacaq.
banner

Oxşar Xəbərlər