Azərbaycan daxili işlər orqanları qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır

Azərbaycan daxili işlər orqanları qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır

Kriminal
11 Oktyabr 2019, 13:52 194
Azərbaycan daxili işlər orqanları qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Seçkilərin sabit şəraitdə keçirilməsi üçün daxili işlər orqanları böyük məsuliyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Daxili İşlər nazirinin müavini Oruc Zalov deyib.
Oruc Zalov qeyd edib ki, bu seçkilərdə də daxili işlər orqanları şəxsi heyətin sayıqlığının artırılması, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində çalışacaqlar. Təşviqat qruplarının təhlükəsizliyinin təmin olunması da daxili işlər orqanlarının xüsusi diqqət mərkəzində olacaq. Seçki bülletenlərinin yerlərə çatdırılması üçün əməli işlər görülür.