• çərşənbə, 24 Aprel, 03:27
  • Baku Bakı 14°C

“Azərbaycan daim inkişaf edən ölkədir” - İƏT rəhbəri

18.05.15 07:05 841
“Azərbaycan daim inkişaf edən ölkədir” - İƏT rəhbəri
“Bəzi dairələr iddia edə bilərlər ki, multikulturalizm uçuruma gedir. Amma biz bu ziddiyyətləri aradan qaldırmalıyıq”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni deyib. O bildirib ki, Azərbaycan daim inkişaf edən ölkədir: “Biz çətin bir dövrdə yaşayırıq. Belə bir dövrdə güclü rəhbərə mütləq şəkildə ehtiyac var”.
Baş katib Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiklərini söyləyib: “Bu kimi forumların keçirilməsi bizə lazımdır. Yohannesburqda keçirilən davamlı inkişaf sammitindən sonra iqtisadi inkişaf və davamlılıqda mədəniyyətin xüsusi rola malik olduğu bildirilmişdi. İslam Əməkdaşlıq Təşkilatı bu proseslərə sadiqdir və tərəfdaş şəklində çıxış edir. Fikrimcə, bu, ən təxirəsalınmaz məsələdir. Mədəniyyətlərarası dialoq sahəsində gücümüzü birləşdirməli və fikirlərimizi digər ölkələrə, insanlara çatdırmalıyıq. Biz problemlərin həllinə çalışmalı, birliyimizi qorumalıyıq. Biz əgər layiqli vətəndaş olmaq istəyiriksə, təkcə işləyib evimizə getməklə kifayətlənməməli, müxtəlif fikirlərimizi paylaşmalıyıq. Biz hər bir mədəniyyət hüququnu təmin etməli, Afrika haqqında düşünməli, oradakı problemlərin aradan qaldırılmasına xidmət etməliyik. Bu çətinliklər cəmiyyətimizi risklə üzbəüz qoyur, bu fərqlər qarşıdurmaya səbəb olur. Biz tək yaşamalı deyil, fikirlərimizi paylaşmalı və tərəfdaş olmalıyıq”.
banner

Oxşar Xəbərlər