• çərşənbə axşamı, 23 aprel, 21:29
  • Baku Bakı 20°C

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verdi

02.09.13 10:04 1059
Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verdi
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Turgay Ərdoğan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
Turgay Ərdoğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
Onların hamısı vergidən yayınmada ittiham olunur.
banner

Oxşar Xəbərlər