• cümə axşamı, 25 aprel, 15:25
  • Baku Bakı 23°C

Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar

07.04.19 09:00 590
Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazanıblar
Çex RespublikasınınTeplitseşəhərindəyeniyetmə cüdoçular arasında Avropa kubokuyarışına start verilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki,34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
Yeniyetmə cüdoçularımız3 qızıl, 2 gümüşvə3 bürünc medalqazanıb.İsmayıl Qənbərli(50 kq),Kamran Süleymanov(55 kq) vəTuran Bayramov(60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub.
Avropa kuboku yarışına aprelin 7-də yekun vurulacaq.
Qeyd edək ki,Azərbaycan cüdoçusuRüstəm OrucovTürkiyənin Antalya şəhərində keçirilənQran-pridə gümüşmedal qazanıb.

banner

Oxşar Xəbərlər