• şənbə, 20 Aprel, 03:08
  • Baku Bakı 15°C

Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda 4 medala sahib olublar

24.02.20 09:15 1516
Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda 4 medala sahib olublar
Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını 4 medalla başa vurublar.
Xatırladaq ki, "Böyük Dəbilqə"nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Milli komandamız medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında 6-cı, qadınların yarışında 5-ci, kişilər arasında isə 4-cü yeri tutub. Düsseldorf turnirində 659 cüdoçu (392 kişi, 267 qadın) mübarizə aparıb.
banner

Oxşar Xəbərlər