• cümə, 19 Aprel, 14:44
  • Baku Bakı 25°C

Azərbaycan Cibutiyə humanitar yardım göndərib - Fotolar

10.04.17 12:00 862
Azərbaycan Cibutiyə humanitar yardım göndərib - Fotolar
Azərbaycandan Cibutiyə humanitar yardım göndərilib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən,Fövqəladə Hallar Nazirliyi(FHN) bu gün Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardımı yola salıb.
Humanitar yardım Heydər Əliyev beynəlxalqhavalimanından "AzərbaycanHavaYolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərilib.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib ki, ümumi kütləsi 76 tona yaxın olan humanitar yardıma 56 ton müxtəlif növ ərzaq məhsulları (qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel) və 20 ton içməli su daxildir.




banner

Oxşar Xəbərlər