• şənbə, 20 Aprel, 11:41
  • Baku Bakı 14°C

Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır

12.09.19 14:51 618
Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır
Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır.
Trend-in məlumatına görə, bunu Sverdlovsk vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vasili Kozlov deyib.
O bildirib ki, Rusiyanın region ölkələri ilə ticarətinin təxminən 50 faizi Azərbaycanın payına düşür. Azərbaycanda Rusiya kapitalı ilə 700-ə qədər şirkət işləyir:
"Öz növbəsində, Sverdlovsk vilayəti Azərbaycanda tərəfdaşlarla ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Biz Rusiyada işləmək istəyən azərbaycanlı biznesmenləri dəvət etmək niyyətindəyik. Bizim iqtisadiyyatımızın əsasını metallurgiya təşkil edir, Azərbaycana tibb avadanlığı tədarük etməyə hazırıq”.
banner

Oxşar Xəbərlər