• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün qaz mənbələrinin siyahısını genişləndirə bilər

05.03.19 20:53 646
Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün qaz mənbələrinin siyahısını genişləndirə bilər
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi üçün Azərbaycanın "Şəfəq-Asiman" və "Ümid-Babək" kimi yataqlarından istifadə oluna bilər.
Bunu Trend-ə açıqlamasında "BP Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
B.Aslanbəyli bildirib ki, "Cənub Qaz Dəhlizi"ni iki istiqamətdə genişləndirmək olar:
"Birinci istiqamət təkcə "Şahdəniz" deyil, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin operatoru olduğu "Şəfəq-Asiman" və "Ümid-Babək" və digər yataqlar kimi qaz ehtiyatlardır. İkinci istiqamət isə üçüncü ölkələrin qaz resurslarıdır. Bu məsələ həmin ölkələrin istək və maraqlarından asılıdır".
Şirkətin vitse-prezidenti vurğulayıb ki, bu qaz kəmərinin genişləndirilməsi üçün texniki imkanlar var: "Cənub Qaz Dəhlizi" əvvəlcədən elə inşa edildi ki, onun buraxılış qabiliyyətini iki dəfə artırmaq mümkün olsun".
O, BP-nin bu layihənin həyata keçirilməsində kifayət qədər fəal iştirak etdiyini qeyd edib.
banner

Oxşar Xəbərlər