• şənbə, 20 Aprel, 06:22
  • Baku Bakı 14°C

Azərbaycan Cenevrədə keçirilən festivalda təmsil olunub

12.04.19 10:45 563
Azərbaycan Cenevrədə keçirilən festivalda təmsil olunub
Azərbaycan Cenevrə Universiteti tərəfindən keçirilən "Global Village” festivalında təmsil olunub.
AZƏRTACxəbər verir ki, iyirmidən çox ölkə və müxtəlif təşkilatların qatıldığı tədbirdə ölkəmizin milli adət-ənənəsi, mədəniyyəti və mətbəxinə dair stend təqdim edilib.
Festival çərçivəsində, həmçinin Cenevrə Universitetində təhsil alan azərbaycanlı tələbələr Çinarə Azayzadə və Fidan Rüstəmzadə tərəfindən milli rəqslərimiz ifa edilib, Azərbaycan stendində iştirakçılara milli yemək və şirniyyatlar təqdim olunub.
Qeyd etmək lazımdır ki, onuncu dəfə təşkil olunan festivalda ölkəmizin ilk dəfə iştirak etməsinə baxmayaraq, stend və təqdimatımız böyük marağa səbəb olub.

banner

Oxşar Xəbərlər