• cümə axşamı, 28 mart, 22:04
  • Baku Bakı 13°C

Azərbaycan çempionatının finalçıları - Siyahı

13.01.15 10:14 1310
Azərbaycan çempionatının finalçıları - Siyahı
Şağan Olimpiya Kompleksində keçirilən boks üzrə Azərbaycan çempionatında finalçıların adları məlum olub.
Apasport.az saytının məlumatına görə, “Rabitə”nin 6, “Gilan” klubunun isə 5 nümayəndəsi həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb.
Salman Əlizadə 49 kq çəki dərəcəsində əsas favoritlərdən olduğunu bir daha sübut edib. Avropa çempionu finalda qələbə qazanaraq, yenidən 1-ci nömrə kimi özünü təsdiqləməyə çalışacaq. Onun rəqibi isə Hacıbaba Fərziyev olacaq.
Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə də finala yüksəlib. O, həlledici görüşdə milli komandamızın üzvü Araz İmaməliyevlə qarşılaşacaq.
Uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfov da finala kimi irəliləyə bilib. Azərbaycan çempionatının tapıntılarından biri Tayfur Əliyev təcrübəli boksçunu büdrətməyə çalışacaq.
64 kq çəki dərəcəsində Lənkəran boksçusu Xəzər Əliyevin finala kimi irəliləməsi gözlənilməz nəticələrdəndi. Qızıl medal uğrunda görüşdə onu təcrübəli Elnur Əliyev gözləyir.
“Baku Fires”i “Gilan” klubuna dəyişən Xaybulla Musalov da finaldadı. O, ötən ilin Azərbaycan çempionu titulunu qorumaq üçün Kamran Şahsuvarlını məğlub etməlidi.
81 kq çəki dərəcəsində boks həvəskarları yenə də Vətən Hüseynli – Rauf Rəhimov duelinin şahidi olacaqlar.
Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov finalda gənc Rahil Məmmədli ilə qarşılaşacaq.
Superağır çəki dərəcəsində isə həlledici görüşdə Kamran Mehdiyevlə Asəf Aslanlı döyüşəcək.
49 kq: Hacıbaba Fərziyev (Gilan) – Salman Əlizadə (Gilan)
52 kq: Məsud Yusifzadə (Rabitə) - Araz İmaməliyev (Gilan)
56 kq: Rəhim Nəcəfov (FHN) – Tayfur Əluyev (Naxçıvan)
60 kq: Elvin İsayev (Gilan) – Vüsal Verdiyev (Gəncə)
64 kq: Xəzər Əliyev (Lənkəran) – Elnur Əliyev (Rabitə)
69 kq: Roman Zakirov (Rabitə) – Elvin Quliyev (Neftçi)
75 kq: Xaybulla Musalov (Gilan) – Kamran Şahsuvarlı (Qəbələ)
81 kq: Vətən Hüseynli (Rabitə) – Rauf Rəhimov (Neftçi)
91 kq: Teymur Məmmədov (Rabitə)– Rahil Məmmədl (Qəbələ)
+91: Kamran Mehdiyev (Rabitə) – Asəf Aslanlı (Qəbələ)
banner

Oxşar Xəbərlər