• çərşənbə axşamı, 23 aprel, 22:56
  • Baku Bakı 20°C

Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub

08.10.18 09:45 547
Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub
Oktyabrın 7-də Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.
AZƏRTACxəbər verir ki, iki gün davam edən yarışda "Ocaq Sport” və "AyUlduz” klublarının təmsilçiləri, həmçinin Bolqarıstan, Rusiya, Qazaxıstan və Ukraynadan 200-dən çox gimnast qüvvəsini sınayıb.
İdmançılar 7-8, 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük və qrup proqramı üzrə yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Rəqabət və həyəcanın yüksəkdə olduğu turnirdə yerli gimnastlarımız fəxri kürsünü qonşu dövlətlərin təmsilçiləri ilə bölüşüblər. Mükafatçılar sırasında üstünlüyü məhz elə turnirə ən böyük heyətlə qatılmış Rusiya komandası əldə edib.
Çıxışlar boyunca zal tamaşaçıların aktivliyi ilə də diqqətləri cəlb edib. Öz gimnastlarını dəstəkləmək üçün ölkəmizə təşrif buyurmuş xarici qonaqlar, o cümlədən yerli izləyicilər iki gün ərzində idmançıların rəngarəng çıxışlarını alqışları ilə müşayiət ediblər.
banner

Oxşar Xəbərlər