AZE | RUS | ENG |

Azərbaycan çempionatı: lider dəyişə bilər

Azərbaycan çempionatı: lider dəyişə bilər
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun növbəti oyunları keçirilir.


Azerisport.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutacaq. Çempionatın autsayderlərindən olan “Turan” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. İlk altılıq çərçivəsində “Qəbələ” doğma divarlar arasında “Bakı” ilə qarşılaşacaq. Turun ən maraqlı görüşlərindən biri Zaqatalada keçiriləcək. Burada “Simurq” son çempion və lider “Neftçi”ni qəbul edəcək. Turun mərkəzi görüşündə isə “Qarabağ”la “İnter” üz-üzə gələcək. Azərbaycan Premyer Liqası 26-cı tur 13 aprel 15:00. QƏBƏLƏ – BAKI Qəbələ. Şəhər stadionu. 17:00. QARABAĞ – İNTER Bakı. T.Bəhramov adına Respublika stadionu. 17:00. TURAN – XƏZƏR LƏNKƏRAN Bakı. Dalğa Arena. 18:00. SİMURQ – NEFTÇİ Zaqatala. Şəhər stadionu. Turun digər oyunları: Rəvan - Kəpəz – 3:0, 14 aprel: Sumqayıt – AZAL.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311