• cümə, 19 Aprel, 03:18
  • Baku Bakı 18°C

Azərbaycan çempionatı 6 komanda ilə keçiriləcək

18.10.16 12:11 1047
Azərbaycan çempionatı 6 komanda ilə keçiriləcək
Kişi voleybolçular arasında Azərbaycan çempionatında iştirakçı komandaların sayı və başlama tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarışda 6 klub gücünü yoxlayacaq.

Bunlar "Neftçi”, "Nəqliyyatçı”, "Naxçıvan”, "Sumqayıt”, "Lokomotiv” və MOİK-di. İlk 2 klubda əsasən yığmamızın üzvləri cəmləşəcəksə, digərlərində əsasən gənclərə üstünlük veriləcək. Əgər "Lokomotiv” yeni yaranıbsa, MOİK də uzun fasilədən sonra çempionata qayıdıb.

2016/2017 mövsümünün startı isə noyabrın 3-də veriləcək. Dairəvi sistemlə keçiriləcək yarışın ilk dövrəsi Naxçıvanda olacaq. Burda Olimpiya İdman Kompleksində baş tutacaq oyunlar noyabrın 7-dək davam edəcək. Növbəti 2 dövrənin isə dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub.

Yekunda ilk "dörd”lük yarımfinalda oynayacaq. Bu mərhələ martda olacaq. Final isə apreldə baş tutacaq.
banner

Oxşar Xəbərlər