• cümə axşamı, 28 mart, 12:43
  • Baku Bakı 16°C

Azərbaycan bütün istiqamətlərdə neft ixracını azaldıb

07.01.14 11:48 1213
Azərbaycan bütün istiqamətlərdə neft ixracını azaldıb
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi ötən ilin dekabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 169 363 ton xam neft ixrac edib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin dekabr ayı ilə müqayisədə 1,4% çoxdur.
Hesabat ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 218 ton xam neft ixrac edilib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 49,8% çoxdur. Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) isə 1 467 84 ton xam neft ixrac edilib ki, bu da bundan əvvəlki ilin dekabr ayına nisbətən 10,9% azdır.
Ümumilikdə, 2013-cü il ərzində Novorossiysk limanından 1 751 023 ton xam neft ixrac edilib ki, bu 2012-ci ilə nisbətən 12,4% azdır.
Keçən il Supsadan neft ixracı 0,5% azalaraq 2 725 950 ton, Ceyhan limanından isə 2,2% azalaraq 19 748 027 ton təşkil edib.
Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
banner

Oxşar Xəbərlər