• cümə, 26 Aprel, 15:35
  • Baku Bakı 23°C

“Azərbaycan bundan sonra da AŞPA-da prinsipial fəaliyyətini davam etdirəcək”

18.05.18 12:26 592
“Azərbaycan bundan sonra da AŞPA-da prinsipial fəaliyyətini davam etdirəcək”
"Azərbaycanın 2001-ci ildənAvropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezidentİlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir”.
BunuMilli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynlibildirib.
O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: "Avropa ŞurasıParlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib.Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu.Səməd Seyidovhaqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu,AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”.
banner

Oxşar Xəbərlər