• cümə, 29 Mart, 02:42
  • Baku Bakı 7°C

Azərbaycan bu sahədə ilk ölkə olacaq

07.05.18 14:30 723
Azərbaycan bu sahədə ilk ölkə olacaq
Azərbaycan Dünya Bankının istixana qazları tullantılarının azaldılması üzrə stategiyası çərçivəsində səmt qazının yandırılmasını tam şəkildə dayandıran ilk ölkə olacaq.
Trend-in məlumatına görə, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası zamanı deyib.
SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, SOCAR son illər ərzində dəniz platformalarından 4,5 milyard kubmetr səmt qazının toplanmasını təmin edib.
Qeyd edək ki, bu gün Bakıda Dünya Bankının səmt qazının yandırılmasının azaldılması üzrə Qlobal tərəfdaşlıq təşkilatının (GGFR) rəhbər komitəsinin iclası öz işinə başlayıb.
banner

Oxşar Xəbərlər