• çərşənbə, 24 Aprel, 15:47
  • Baku Bakı 27°C

“Azərbaycan bu potensialı başqa dövlətlərlə bölüşməyə hazırdır”

30.05.13 14:12 1578
“Azərbaycan bu potensialı başqa dövlətlərlə bölüşməyə hazırdır”
“Azərbaycan tolerantlıq, hörmət və qarşlıqlı anlayış kimi dəyərlərə, mədəni potensiala malikdir və bu potensialı başqa dövlətlərlə bölüşməyə hazırdır”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mədəniyyətlərarası Dialoqa dair II Ümumdünya Forumu çərçivəsində panel sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, bu kimi forumun keçirilməsi Azərbaycanın bu sahədə uğurlarının tanınması deməkdir.
Nazir iştirakçıların diqqətini mədəni irsin və tarixi abidələrin qorunmasının zəruriliyinə cəlb edib: “Mədəni irs qorunmalı və nəsildən-nəslə ötürülməlidir”.
XİN başçısı erməni işğalı nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğunu, Azərbaycanın mədəniyyət obyektlərinin dağıdıldığını, vandalizm aktlarına yol verildiyini deyib.
banner

Oxşar Xəbərlər