• cümə axşamı, 25 aprel, 02:54
  • Baku Bakı 19°C

Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək

25.04.19 21:34 481
Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək
Azərbaycan bu mövsümdən etibarən Livana fındıq ixrac edəcək.
Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan 25-dən çox ölkəyə fındıq ixrac edir və onların sırasına daha biri də əlavə olunub.
İ.Orucov qeyd edib ki, ölkəmiz 2018-ci ildə xaricə 20 min tona yaxın fındıq tədarük edib:
"Fındığın əsas mövsümü sentyabrda olsa da, illik hesabat dekabr-yanvar aylarında baş tutur. Mövsüm bitmədiyi üçün hələ də ixrac davam etməkdədir”.
Sədr bildirib ki, Azərbaycanın ən çox fındıq ixrac etdiyi ölkələr Rusiya, İtaliya və Almaniyadır.
banner

Oxşar Xəbərlər