AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan bu il avtomobil yanacağının pərakəndə satışından 311,6 mln. manat gəlir əldə edib

Azərbaycan bu il avtomobil yanacağının pərakəndə satışından 311,6 mln. manat gəlir əldə edib

İqtisadiyyat
26 Mart 2020, 14:29 278
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 311,6 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji ayları ilə müqayisədə 1% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,3%-i avtomobil yanacağının alınmasına sərf olunub.