AZE | RUS | ENG |

"Azərbaycan bu gün bütün beynəlxalq təşkilatlarda uğurla təmsil olunur"

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursuna uyğun olaraq Azərbaycanda siyasi sabitliyin güclənməsində mühüm işlər görüb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib.
O qeyd edib ki, bu gün Azərbaycanın müəyyənləşdirdiyi siyasi kurs nəticəsində ölkəmizin dünya miqyasında yeri və rolu yüksələn xətt üzrə inkişaf edir. Ölkəmiz beynəlxalq əlaqələrini gündən-günə genişləndirir. Azərbaycan bu gün bütün beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və bizim üçün yeni imkanlar açır.
"Bu gün dünyada ciddi münaqişə ocaqları mövcuddur. Azərbaycan sabit bir ölkə kimi münaqişələrin müzakirə edildiyi bir məkana çevrilib. ABŞ-ın Baş Qərargahlar rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi də buna misaldır”,- deyə politoloq vurğulayıb.
BMAM sədri təəssüflə qeyd edib ki, ölkəmizin qazandığı bu uğurların fonunda bəzən bir sıra dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil olunur. Bu böhtan xarakterli kampaniyaların xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisinin təsirində olan müəyyən dairələr tərəfindən təşkil olunduğu məlumdur. Bu çirkin niyyətlərin, cəhdlərin hamısı faydasızdır. Çünki xalq-iqtidar birliyi Azərbaycanı gücləndirir. Ölkəmizə düşmən olan qüvvələr bu birlik qarşısında zəifdirlər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8684
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1128
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1751
CHF 1 1 İsveçrə frankı 1.7154
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2975