• cümə, 29 Mart, 09:51
  • Baku Bakı 5°C

Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətlidir

27.07.17 10:50 1024
Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarına çıxmaqda niyyətlidir
Azərbaycan Bolqarıstanın kənd təsərrüfatı bazarlarına geniş məhsul çeşidi ilə çıxmaq niyyətindədir. Bunu Trend-ə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova deyib.
Səfirin sözlərinə görə, Azərbaycanın planlarında Bolqarıstanla əməkdaşlığı ticarət, kənd təsərrüfatı, turizm, İKT kimi sahələrdə genişləndirmək yer alır.
Diplomat nəqliyyat sahəsində əməkdaşlığın da mühüm olduğunu qeyd edərək bildirib: "Hazırda konkret olaraq Qara dəniz-Xəzər dənizi-Fars körfəzi, Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya və Çin ölkələri marşrutları var. Amma Bolqarıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunda da maraqlıdır".
N.Qurbanova qeyd edib ki, bu ilin oktyabr-noyabr aylarında iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır.
Diplomat əlavə edib: "Biz həmçinin, "Made in Azerbaijan" məhsullarının Bolqarıstanda tanıdılmasında maraqlıyıq".
Səfirin sözlərinə gröə, Bolqarıstan eləcə də Azərbaycanın "Azerspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki dövlət arasında mal dövriyyəsi bu ilin yanvar-iyun aylarında 6,39 milyon dollar təşkil edib.
banner

Oxşar Xəbərlər