• cümə axşamı, 28 mart, 17:26
  • Baku Bakı 16°C

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

25.06.19 13:45 563
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə sıx əlaqələrə malikdir. Kənd təsərrüfatının inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
AZƏRTACxəbər verir ki, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov iyunun 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Nabil Qanqi ilə görüşdə deyib.
Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edə bilib. Bu sahədə heç bir çatışmazlıq yoxdur. Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə də bağlı işlər görür. Bundan başqa, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu təşkilat əhalinin təhlükəsiz qida ilə təmin olunması ilə yanaşı, məhsulların ixracı istiqamətində də işlər görür.
Nabil Qanqi Azərbaycanın qısa müddətdə kənd təsərrüfatı sahəsində xeyli uğurlar əldə etdiyini söyləyib. O vurğulayıb ki, Azərbaycan bu sahə ilə bağlı, eyni zamanda, beynəlxalq gündəlikdə olan məsələlərin həllində də yaxından iştirak edir.

banner

Oxşar Xəbərlər