• çərşənbə axşamı, 19 mart, 08:46
  • Baku Bakı 8°C

"Azərbaycan bizim üçün cəlbedici turizm məkanına çevrilə bilər"

23.03.18 16:23 925
"Azərbaycan bizim üçün cəlbedici turizm məkanına çevrilə bilər"
Turizm bugünkü əməkdaşlıq səviyyəsinin daha da yaxşılaşa biləcəyi sahələrdən biridir.
Bunu Trend-ə eksklüziv müsahibəsində Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç deyib.
Onun sözlərinə görə, turizm sahəsində həm Bosniya və Herseqovina, həm də Azərbaycan çox şey təklif edə bilər:

"Hər şeydən əlavə, turizm elə bir sahədir ki, burada xalqların mentalitetinin oxşarlığı vacibdir. Hər iki ölkə bir-biri üçün cəlbedici turizm məkanına çevrilə bilər. Hər iki ölkə tarixi abidə və təbii gözəlliklər, dağlar, çaylar və göllərlə zəngindir”.
M.İvaniç əlavə edib ki, hər iki ölkə gözəl mətbəxə malikdir: "Mən şəxsən bundan əmin oldum. Digər insanların da bu ölkələrin mətbəxi ilə tanış olmaq imkanları olsaydı, yaxşı olardı”.
O vurğulayıb ki, turizm sahəsində əlavə əməkdaşlıq üçün kifayət qədər imkan var.
banner

Oxşar Xəbərlər