AZE | RUS | ENG |

Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər

Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər
Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri açmaq imkanlarını qiymətləndirir.
Bunu Trend-ə açıqlamasında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.
Ticarət nümayəndəsinin sözlərinə görə, hazırda təkliflərin istiqamətlənəcəyi bazarlar və tələbatlar öyrənilir: "Bu barədə danışmaq hələ tezdir. Lakin belə bir niyyət var və real imkanlar və zərurətlərlə müqayisə olunmalıdır. İndi Varşavadakı Ticarət Evi ilə bağlı çalışırıq. Paralel olaraq Xorvatiya, Çexiya və Almaniya bazarları öyrənilir".
N.Nağdəliyev bildirib ki, yanvarın 18-dən 27-dək Berlində keçiriləcək "Green Week 2019" Beynəlxalq sərgi-yarmarkasında Azərbaycan istehsallı məhsullar da təqdim olunacaq:

"Belə tədbirlərdə iştirak bizə öz məhsullarımızı təbliğ və təşviq etmək imkanı yaradır. Bizim məhsullarımızın üstünlüyü, əlbəttə ki, yüksək keyfiyyət və rəqabətli qiymətdir. Biz Avropa bazarlarında az təqdim olunan ixtisaslaşmış seqmentlərə də çıxa bilərik".
O əlavə edib ki, Ticarət Evinin açılması Azərbaycan məhsullarının Polşada tanıdılması baxımından çox yaxşı vasitə və mexanizmdir: "Bu, yerli əhalinin, biznes nümayəndələrinin və KİV-in Polşa bazarında hələ təqdim olunmayan məhsullarımızla tanış olması üçün yaxşı meydançadır. Hazırda distribüter və alıcıların cəlb edilməsi üzərində işləyirik".
Qeyd edək ki, dekabrın əvvəllərində Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb. Ticarət Evi "Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərir, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirir.
Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi də təşkil olunur. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217