• çərşənbə axşamı, 23 aprel, 13:45
  • Baku Bakı 24°C

“Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir”

12.06.18 14:49 938
“Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir”
Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovvə Belarus xarici işlər naziri Vladimir Makey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
XİN-dən APA-ya bildirilib ki,Elmar Məmmədyarovməktubda həmkarı Vladimir Makeyi Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik edib.
Bu ildönümünün ölkələrimiz üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən nazirElmar Məmmədyaroviki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Elmar Məmmədyarovməktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulançoxillik və məhsuldar Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin müasir dövrdə ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini qeyd edib.
O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətlistrateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Belarus xarici işlər naziri Vladimir MakeyElmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqtisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.
Vladimir Makeyali və yüksək səviyyədə dövlətlərarası təmasların dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxalq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.
Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bu gün olduğu kimigələcəkdədə məhsuldar və məzmunlu olacağına inamını ifadə edib.
banner

Oxşar Xəbərlər