• cümə axşamı, 18 aprel, 05:53
  • Baku Bakı 15°C

Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək

03.12.18 21:32 629
Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək
Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib: "Made in Azerbaijan" brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək. Qeyd etmək istərdim ki, artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir".
Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edir ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dollar isə qeyri-neft sektoruna yatırılıb.
Nazirin sözlərinə görə, Azərbycanın BƏƏ-yə yatırımları isə 330 milyon dollar təşkil edib.
Ş.Mustafayev əlavə edib ki, hazırda BƏƏ-nin təxminən 300 şirkəti Azərbaycanda fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər