Azərbaycan banklarından birinin rəhbərliyində dəyişiklik
Ramin Kərimov "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini tərk edib.Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, hazırda bankın İdarə Heyəti iki nəfərdən ibarətdir: İdarə heyətinin sədrinin səlahiyyətlərini icra edən Doğan Tandoğan və İdarə Heyətinin üzvü Sərvan Mikayılov.