• cümə axşamı, 28 mart, 18:11
  • Baku Bakı 13°C

Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb

31.12.18 10:15 635
Azərbaycan balıqçılarına qarşı cinayət işi açılıb
Dekabrın 28-dəXəzər dənizinin Qazaxıstan sularında saxlanılan4 Azərbaycan vətəndaşına qarşı dövlət sərhədlərini pozma ittihamı üzrə cinayət işi açılıb.
"Report” xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən "Nur.kz" məlumat yayıb.
İlkin olaraq gəmidə 40 ədəd nərə tipli balıq ovu nümunəsi, aşkar olunduğu bildirilsə də, sonradan dəyən ziyanın daha böyük olduğu ortaya çıxıb. Sərhədçilər balıqçı gəmisində dəyəri496 min 266 dollar olan 794 kiloqramlıq 198 ədəd nərə tipli balıq nümunəsiaşkaredərək götürüblər.
Balıqçılar saxlanılan zaman silahlı insidentbaş verib. Onlardan biri güllə yarası alıb.
banner

Oxşar Xəbərlər