AZE | RUS | ENG |

Azərbaycan bal istehsalını artıracaq

Azərbaycan bal istehsalını artıracaq
Bu il Azərbaycanda bal istehsalında cüzi artım gözlənilir.
Bu barədə Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, bu hələlik ilkin proqnozlardır, çünki bir sıra rayonlarda balın süzülməsi prosesi hələ başa çatmayıb:
"Biz bu il bal istehsalının 3 min tona yaxın və ya bir qədər yüksək olacağını gözləyirik. Amma bu, hələlik ilkin proqnozlardır”.
Proqnozların azalmasına gəlincə B.Həsrətov bildirib ki, bu problem bəzi regionlarda qeydə alınmış hava şəraiti ilə əlaqədar olub. Daha əvvəl, Assosiasiya 2018-ci ildə 5.000 ton balın istehsal olunacağını proqnozlaşdırmışdı:
"Bir sıra dağlıq və dağətəyi rayonlarda, xüsusilə şimal-qərb və şimal rayonlarında məhsuldarlıq aşağı olub. Bunun səbəbi soyuq yaz, daha sonra qəfil istiləşmə olub. Nəticədə çiçəklər kifayət tozcuq verə bilməyib. Amma bəzi aran rayonlarında və ölkənin cənubunda yüksək məhsuldarlıq qeydə alınıb, bəzi yerlərdə bir arı ailəsindən 50 kiloqramadək məhsul götürülüb. Ona görə də məhsuldarlıq ötənilki səviyyədə qalıb. Ötən il bu regionlarda hər arı ailəsindən 20 kiloqramadək məhsul təşkil edib. Bu sahədə əhəmiyyətli artım qeydə alınıb”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000