• cümə axşamı, 25 aprel, 04:11
  • Baku Bakı 19°C

Azərbaycan “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində təmsil olunacaq

27.07.18 14:30 697
Azərbaycan “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində təmsil olunacaq
Azərbaycan qısa fasilədən sonra yenidən "Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.
Müsabiqənin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək "Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.
Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan "Minsk Arena”da baş tutacaq.
Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.
banner

Oxşar Xəbərlər