• cümə, 19 Aprel, 12:11
  • Baku Bakı 25°C

“Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcək”

03.06.14 18:14 991
“Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcək”
“Azərbaycan enerji istehsalında özünəməxsus yer tutub. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsindən sonra Azərbaycan dünya bazarında əsas neft təchizatçılarından birinə çevrilib”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən 21-ci Beynəlxalq Neft və Qaz Sərgisi ilə bağlı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin birgə təşkil etdikləri qəbulda ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar deyib.
"Hazırda Cənub Qaz Dəhlizinin inşasının həyata keçirilməsi prosesini izləyirik. Bundan sonra Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcək" - deyə səfir qeyd edib.
Diplomat deyib ki, ötən 20 il ərzində ABŞ-ın regionda enerji siyasəti ardıcıl olub: “İlk olaraq bizim məqsədimiz Azərbaycanın müstəqil və güclü dövlət olması üçün enerji resurslarının işlənməsində ona kömək etməkdir. Güclü və stabil Azərbaycan regional sabitliyə, eyni zamanda dünya, regional və Avropa miqyasında enerji təchizatına önəmli töhfələr verir. İkincisi, biz istəmişik ki, Azərbaycan dünya enerji təchizatının şaxələndirilməsinə öz töhfəsini versin və bu hamı üçün faydalıdır. Bildiyiniz kimi, 20 il ərzində bu məqsədlər istiqamətində böyük irəliləyiş əldə olunub. İndi dünyanın enerji təchizatında Azərbaycanın önəmli rolunu heç kəs şübhə altına ala bilməz".
banner

Oxşar Xəbərlər