AZE | RUS | ENG |

Azərbaycan Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasına üzv olub

Azərbaycan Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasına üzv olub
Bu gün Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasının təsis olunması ilə bağlı imzalama mərasimi keçirilib.
 
"APA-Economics"in məlumatına görə, 8 ölkənin- Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reystrləri və büroları yeni assosiasiyanın üzvləri seçilib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov bildirib ki, assosiasiyanın yaradılmasında əsas məqsəd rəqəmsal iqtisadiyyatda çağırışlara cavab verməkdir. Onun sözlərinə görə, Assosiasiya şəffaflığın artırılması və müasir metodların tətbiqi ilə bağlı təcrübə mübadiləsinə imkan verəcək.  İ.Alışov hesab edir ki, Assosiasiya region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olmaqla yanaşı, maliyyə xidmətlərinə çıxışı da asanlaşdıracaq.
 
Palata rəsmisi əlavə edib ki, Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyasında təmsilçilik Azərbaycanın maliyyə mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılmış addımlardan biri sayılır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000