• şənbə, 20 Aprel, 03:18
  • Baku Bakı 15°C

Azərbaycan Avropa ölkəsinə qaz ixracına başlayır

18.09.14 13:49 1256
Azərbaycan Avropa ölkəsinə qaz ixracına başlayır
“APA-Economics”in Bolqarıstanın NewsBG.ru xəbər portalına istinadən bildirir ki, bu barədə adıçəkilən ölkənin iqtisadiyyat və energetika nazirinin müavini Anton Pavlov deyib.
A. Pavlovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabr ayının 20-də Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq.
“Bildiyiniz kimi, cari ilin payızında Yunanıstanla Bolqarıstan arasında qaz borusunu tikintisi ilə bağlı yekun investisiya qərarı veriləcək. Sözügedən borunun tikintisi 2016-cı ildə başa çatacağı gözlənilir. Bolqarıstan prezidenti Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə 2016-cı ildən etibarən Azərbaycan qazının Bolqarıstana idxalı ilə bağlı danışıqlar aparacaq. Azərbaycan qazı Bolqarıstana Türkiyə və Yunanıstan ərazisindən çatdırıla bilər”. – deyə o bildirib.
Nazir müavinin sözlərinə görə, qaz nəqlinin illik həcmi 200-300 mln. kubmetr təşkil edə bilər.
banner

Oxşar Xəbərlər