• çərşənbə axşamı, 23 aprel, 23:11
  • Baku Bakı 20°C

Azərbaycan Avropa İttifaqının vacib iqtisadi tərəfdaşıdır - Aİ komissarı

06.05.15 08:05 926
Azərbaycan Avropa İttifaqının vacib iqtisadi tərəfdaşıdır - Aİ komissarı
“Azərbaycan Avropa İttifaqının vacib iqtisadi tərəfdaşı kimi qalmaqda davam edir”.
APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Brüsseldə Avropa parlamenti Xarici Əlaqələr Komitəsində Avropa Qonşuluq Siyasəti icmalının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, aprelin 20-də Lüksemburqda “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin toplantısında gözəl fikir mübadiləsi aparılıb: “Həmin görüş “Şərq tərəfdaşlığı” ölkələrinin mayın 21-22-də Riqada keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyırdı. Bu, Avropa Qonşuluq Siyasəti baxımından çox vacib toplantı olacaq. Aydındır ki, tərəfdaş ölkələr Avropa Qonşuluq Siyasəti icmalının onların fərqli ambisiyalarını tanıyacaq yolları təklif etməsini istəyirlər”.
Y. Han bildirib ki, Ermənistan Avropa İqtisadi Birliyinə qoşulsa da, bu ölkə ilə əməkdaşlıq davam edir.
banner

Oxşar Xəbərlər