• şənbə, 20 Aprel, 11:24
  • Baku Bakı 14°C

“Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir”

18.04.18 15:35 674
“Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir”
"Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb”.
APA-nın məlumatına görə, bunu prezidentİlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində söyləyib. O bildirib ki, dörd böyük su anbarı tikilib: "Son bir neçə il ərzində biz hər il 100 mindən çox hektara yeni su mənbəyi gətiririk. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaq”.
Prezident qeyd edib ki, son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olunub: "Nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulub. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayır artır. Xəzər dənizində ən böyük ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə veriləcək. Dəmir yolu infrastrukturu yenilənir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir. Bir sözlə, nəqliyyat infrastrukturunun yenilənməsi, yaradılması, əlbəttə ki, daxili tələbat idi”.
Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycan qonşularla əməkdaşlıq edərək regional infrastruktur da yaradıb: "Keçən ilin oktyabrındaBakı-Tbilisi-Qarsdəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə verdik və indi Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Əminəm ki, qonşu ölkələrlə əməkdaşlıq edərək bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir. Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik, ancaq, eyni zamanda bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsaydı, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir”.
banner

Oxşar Xəbərlər