• çərşənbə, 24 Aprel, 19:18
  • Baku Bakı 23°C

Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır

06.12.19 11:22 665
Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır
Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə 20 il ərzində əməkdaşlıq Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib.
S.Şərifov Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi meqa layihəsinə həm birbaşa, həm də AİB-in zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib.
Maliyyə naziri vurğulayb ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək. Nazir AİB-in apardığı tədqiqatlarla Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki ardıcıl islahatlara verdiyi töhfəni yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər