AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan apardığı mübarizədə Ermənistan və tərəfdarları ilə üz-üzədir - Deputat

Azərbaycan apardığı mübarizədə Ermənistan və tərəfdarları ilə üz-üzədir - Deputat

27 Oktyabr 2020, 13:00 174
Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi üçün apardığı mübarizədə Ermənistan ordusu və onun tərəfdarları ilə üz-üzədir.
 
Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
 
O əlavə edib ki, sentybarın 27-dən sonra Azərbaycanın 150-dən çox kənd və yaşayış məntəqəsinin azad edilməsi insanlarda müharibənin çox tezliklə qələbə ilə başa çatacağına böyük ümid yaradıb.
 
Akademik bildirib ki, qısa müddət ərzində Azərbaycanın üçrəngli bayrağı Şuşa qalasında və Xankəndində dalğalanacaq.
 
Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün döyüşlər apardığını xatırladan İ.Həbibbəyli qeyd edib ki, şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir: "Bu gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə, itkilərlə üzləşir. Azərbaycan xalqı isə ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcək”.
 
İ.Həbibbəyli Ermənistandan fərqli olaraq, Azərbaycanın müharibə ilə bağlı beynəlxalq qayda-qanunlara ciddi şəkildə əməl etdiyini da xatırladıb.